DogruSozTv.Az
Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızıPolisdən maketlərlə bağlı açıqlamaMübariz Qurbanlı: "Azərbaycanda dini durum sabitdir"Nazirlik Dövlət Agentliyini məhkəməyə verirDövlət qurumunda işləmək istəyənlərin NƏZƏRİNƏ - 508 boş iş yeri var“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edildiMüdafiə Nazirliyi: Azərbaycan özünü silahla təmin edirFransa Prezidenti Novruz Məmmədovu mükafatlandırdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşübMəzunlara sertifikatlar təqdim olunubBakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır - FOTOAzad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"
» » Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

15-03-2017, 22:01Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

14 mart 2017-ci il tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilmişdir.
Laçınlı köçkünlər üçün inşa edilmiş 552 ailəlik qəsəbədə keçirilən bayram şənliyində sərgi təşkil edilmiş, sərgidə xalqımızın qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat boxçaları, həmçinin Novruz bayramının simvollarından olan səmənilər, Rayon Tarix-Diyarşünaslıq muzeyinin eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, kuzə, xalça, kilim və sair kimi əşyalar yer almışdır. Eyni zamanda tədbirdə müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər təşkil edilməklə, daraqda yun daranması, cəhrədə ip əyirilməsi, isti sacda qovurğa qovurulması, yuxa yayılması nümayiş etdirilməklə, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara Novruz şirniyyatları paylanılmışdır.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin əsarəti altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına qoyulan qadağalara baxmayaraq, xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman milli mənəvi dəyərlərimizin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılmış, adət-ənənələrimizin yaşadılması istiqamətində əməli tədbirlər görülmüşdür. Həmçinin, bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi ümumxalq səviyyəsinə yüksəldilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında xalqımızın milli adət-ənənələrinə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də yüksək diqqət və həssaslıqla yanaşıldığını, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaradıldığı bildirmişdir. Eyni zamanda rayon rəsmisi çıxışında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini laçınlı köçkünlər tərəfindən sevinclə qarşılandığını bu münasibətlə Mehriban Əliyevanı laçınlılar adından bir daha təbrik edərək ona işlərində uğurlar diləmiş, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafında göstərdiyi misilsiz xidmhərtərindən danışmışdır. Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək torpaqlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən rayonun Milli Məclisdəki Deputatı Mahir Abbaszadə çıxış edərək, bütün tədbir iştirakçılarını, onların şəxsində bütün rayon sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edərək, seçiciləri ilə birlikdə olmağından məmnunluq duyduğunu bildirmişdir.
Sonra tədbir mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır. Şənlikdə cəngi sədaları altında atlılar qurulmuş tonqala yanaşaraq yanar məşəli rayon rəhbərinə təqdim etmiş, yandırlan bayram tonqal ətrafında tədbir davam etdirilmişdir.
DoğruSözTv.Az
dle 10.5
loading...