2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı nəzərdə tutulur.Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub. Qeyd edək ki, sertifikasiyada […]
Təhsil
Qəbul imtahanında danışıq bacarıqları bu ildən yoxlanacaq? – RƏSMİ
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən “danışıq” bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat verib. Yeniliyin nə vaxtdan tətbiq ediləcəyi məlum deyil. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu-ya bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün “danışıq” bacarıqlarının yoxlanılması həyata keçirilir: “Magistraturaya […]
Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? – MƏBLƏĞ
Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. 102 tələbəyə təqaüd təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb. Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün […]
Prokurorluqda qulluğa qəbulla bağlı imtahan keçiriləcək
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli […]
Bu gün Azərbaycanda Bilik günü qeyd olunur
Bu gün Azərbaycanın təhsil müəssisələrində Bilik günü qeyd olunur. Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən tədris ili 15 sentyabr 2025-ci il tarixində başlayacaq, 14 iyun 2026-cı il tarixində başa çatacaq. Yeni tədris ilində təhsilalanlar ümumilikdə 2,2 milyon nəfər təşkil edəcək Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif […]
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” […]
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb. Müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və […]
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə DİM məlumat yayıb. Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında […]
DİM: Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub
Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin efirində deyib. Onun sözlərinə görə, bu il universitetlərə tələbə qəbulu 2 minə yaxın artıb: “Bu, yüksək göstəricidir. Belə ki, I qrup üzrə 92,05 %, II […]
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
Baş Prokurorluq Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirir. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun […]