Naxçıvanda vergi ödəyicilərinin sayı artıb. “Report”un yerli bürosu xəbər verir ki, 1 avqust 2023-cü il tarixə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% (15358 nəfərdir) artıb. Son 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyə isə […]
Son xəbərlər
Ən son xəbərlər burada
Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu
Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridirlər. “Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. […]
Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı AÇIQLAMA
Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb. Xidmətdən APA-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir.Qeyd edilib ki, həyatı üçün heç bir təhlükə yoxdur.
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib. Bunu APA-ya açıqlamasında baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. İlqar Səfərov bildirib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb:“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi […]
Borclunun banklardakı hesabına həbs qoyulması nə deməkdir?-AÇIQLAMA
Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyulması ilə bağlı dəyişiklik “İcra haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” qanuna uyğun olaraq əldə edilir və onların üzərinə icra sənədinin icrası […]
Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib
İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib. Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.Qeyd olunub ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin […]
Qadın iki pomidora görə ərini atıb getdi
Hindistanda iki adi pomidora görə bir ailədə qalmaqal yaranıb, nəticədə uşağı olan qadın ərini tərk edib. Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hindistanda bu tərəvəzin qiyməti sürətlə artır. Bu, təkcə yerli bazara deyil, həm də Sanjiv Burman və onun həyat yoldaşı Aartinin nümunəsindən göründüyü kimi ailələrarası münasibətlərə təsir edir. Bir yeməkxanada menecer işləyən kişinin […]
Azərbaycanda YENİ QADAĞA
Azərbaycanda istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismarı qadağan edilib. Musavat.com-un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. Dəyişikliklə qərarın […]
Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında iyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, […]
Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində vakant yerlər barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər […]