Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Avqustun 1-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar. […]

Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur – MN

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir. Bildirilir ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb.

İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilib. Toplantıda İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və […]

Azərbaycan Türkiyəyə 500 nəfərlik heyət, helikopterlər, lazımi avadanlıq və ləvazimatlar göndərir

İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. […]

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Doğrusöztv.Az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli […]

Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək – Hikmət Hacıyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Doğrusöztv.Az -ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar […]

Ağdamda gördüklərimizdən çox sarsılırıq – Fərəh Əliyeva

Mən işğaldan əvvəl də Ağdamda olmuşdum və bu gün gördüklərimizdən çox sarsılırıq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri […]

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmir və yenidənqurulmasına 600 min manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncamda deyilir: – Talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması […]

Prezident İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, görüşdə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin […]

Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO/VİDEO)

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi Şuşaya səfər təşkil edib. Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycanda olan diaspor nümayəndələri artıq Şuşaya çatıb. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, […]