Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir. Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Ölkə
Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl…”
“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”. Bunu gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib. O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb: “Ağlıma […]
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qoruyurlarMartın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 26 ildir […]
Aprelin 2-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib. DİM-dən bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli […]
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib. Bu barədə “APA-Economics”in sorğusuna əsasən bankdan bildirilib. Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin […]
Meteohəssas insanların NƏZƏRİNƏ
Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, Abşeron yarımadasında sabit, mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil”
Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət qurumları məlumat yayarkən çox diqqətli olmalıdırlar. C.Məmmədov qeyd edib ki, hansısa məlumatın yayılması zamanı bu kimi […]
“Mən uşağı götürüb qaçdım, yoldaşım şkafı tutdu” – İsmayıllı sakini zəlzələdən danışdı (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıda zəlzələ baş verib. Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar. Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.
İntiqam Əşirov: “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin yaradıcısıdır”
“Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti coxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu il anadan olmasının 100 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani kefiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz […]
Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar davam edir – VİDEO
Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki […]