“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirməli, konsepsiyada […]
Mədəniyyət
“Beş qurbağa mənim boynumda öldü, sağaldım”
“Dərman içmədən ‘zəhərli zob’dan xilas oldum”. Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” verilişində deyib. Sənətçi zəhərli zobdan qurbağa vasitəsilə xilas olduğunu bildirərək, hər kəsi təəccübləndirib: “İşimlə əlaqədar əsəb keçirirdim, uşaqlarla məşq prosesində istədiyim nəticəni almaq üçün çox çalışırdım. Aldığım stresslərin nəticəsində xəstələndim. Özümə söz verdim ki, dərman içməyəcəyəm. Allah […]
Xocalı Soyqırımı Memorial Kompleksinin inşası başa çatır
2026-cı ildə Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin başa çatdırılması planlaşdırılır. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Bununla yanaşı, Xankəndi şəhərində Zəfər Muzeyinin yerləşəcəyi binada bərpa və yenidənqurma işlərinin yekunlaşdırılması, eyni zamanda muzeyin elmi-konseptual əsaslara söykənən daimi ekspozisiyasının formalaşdırılması da nəzərdə tutulur. Bu ekspozisiya Azərbaycanın zəfər tarixini […]
“Üzeyir Hacıbəyli Mükafatı”nı 19 müəllim qazanıb
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub. Reqlamentin tələblərinə […]
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub. 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən […]
Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 […]
Əməkdar artist yeni vəzifəyə təyin olundu
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub. Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb. Əyyub Quliyev 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu […]
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Türk dünyası vahid olmalıdır
Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlətləri Təşkilatının (TDT) 2040-cı ilə qədər inkişaf strategiyası çərçivəsində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi üçün işini davam etdirəcək. Bunu Astanada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova jurnalistlərə açıqlamasında bildirib. “Biz – türk dünyası vahid olmalıyıq ki, dövlət başçılarımızın qarşımıza qoyduğu ideya və məqsədlər, […]
Əməkdar artist vəfat etdi – FOTO
Türkiyədə bir qrup tanınmış sənətçi saxlanılıb
Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb. Bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb. Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb. Məlumatlarda ümumilikdə 19 […]