“Qalatasaray” – “Fənərbağça” oyununun başlama saatı dəyişdirilib

DogruSozTv Az

“Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.

“Qarabağ” azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı bəlli olub

DogruSozTv Az

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda baş tutacaq “Liverpul”la matçda “Qarabağ”ın azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı bəlli olub. Bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətindən bildirilib. UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” matçını “Enfild”də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat […]

Fərid Qayıbov: “Güləş Azərbaycan üçün vacib idman növüdür”

DogruSozTv Az

Güləş Azərbaycan üçün vacib idman növüdür. Bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib. O, ölkədə güləşin inkişaf etdiyini söyləyib: “Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı […]

Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

DogruSozTv Az

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək. Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir. M.Emreli ötən ilin noyabrında “Herta” ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda […]

Nazir: “Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var”

DogruSozTv Az

Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var. Bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazirin sözlərinə görə, demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksi var. “Bunlar uzun illər ərzində tikilib. Yeni olmayanlar da var. Ölkə başçısı 28 ildir Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk […]

Azərbaycan Premyer Liqası: 16 turda 16 böyükhesablı nəticə qeydə alınıb

DogruSozTv Az

Misli Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib. 10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur. “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” […]

Nazirlik rəsmisi: “Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub”

DogruSozTv Az

“Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. “Bu gün rəsmi olaraq Bakı “Dünya İdman Paytaxtı” seçildi. Bildirmək istərdim […]

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib

DogruSozTv Az

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq. Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək. “Qarabağ” yanvarın 10-dan 17-dək […]