Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 2023-cü il iyulun 6-dan 13-dək aparılacaq. İxtisaslaşma seçiminə magistraturaya fevralın 19-da və iyunun 11-də keçirilmiş qəbul imtahanının birinci və […]
Gündəm
Tarif Şurası bu qiymətlərə yenidən baxacaq – Video
Tarif Şurası dərmanların qiymətinə yenidən baxacaq. Millət Vəkili Müşviq Məmmədli “Xəzər Xəbər”ə bildirib ki, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər haqqında milli məclisin səhiyyə komitəsində keçirilən iclasda dərman qiymətləri ilə bağlı müzakirələr aparılıb. Millət vəkilinin sözlərinə görə, dərman preparatlarının qeydiyyatının eləcə də idxal zamanı gömrük prosedurunun asanlaşdırılması nəzərdə tutulub. Dəyişiklik dərman […]
Natəvan Babayeva reanimasiyaya yerləşdirildi
Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib. Dogrusoztv.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparan tanınmış jurnalistin müalicə üçün Türkiyəyə gedərkən Bakıda hava limanında halı pisləşib. Ailəsi onu “Liv Bona Dea Hospital”a yerləşdirib. Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının […]
Paytaxtda ahıl kişi özünü qatarın altına atdı
Bakının Sabunçu rayonunda 60 yaşlı piyada özünü qatarın altına ataraq ağır xəsarət alıb. “Report”un məlumatına görə, 1963-cü il təvəllüdlü Məlikov Malik Qüdrət oğlu özünü hərəkətdə olan qatarın altına atıb. Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun natamam amputasiyası diaqnozu qoyulub. Hadisənin […]
Azərbaycanda zəlzələ oldu
Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Günün qoroskopu: Qarşınızda yeni perspektivlər yarana bilər
Qoç – çoxlu problemlər yaranacaq. Yetərincə qətiyyətli və özünüzə əmin olmağa çalışın. Nə isə ilk dəfədən alınmayanda pərişan olmayın. Rəqib və ya düşmən düşündüyünüzdən güclü deyil. Ənənəvi metodlar və sınanmış vasitələrlə məqsədə çatmaq asan deyil. Problemlərin alternativ həll yollarını seçin. Romantik münasibətlərə başlamğa dəyməz. İşdə təmkinli olun, yaşananlara emosional reaksiya verməyin. […]
Çimərliyə gedənlərin NƏZƏRİNƏ
Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır: “Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi […]
“Saakaşvili məsələsi ilə bağlı heç bir məsləhətləşmə olmayacaq” – Gürcüstan rəsmisi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətə görə ölkə səfirinin Tbilisiyə göndərilməsindən sonra rəsmi Tibilisi Ukraynanın gələcək addımları ilə maraqlanmır. “Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, ölkə səfiri Ukraynadakı münaqişəyə baxmayaraq, Kiyevdə qalıb və […]
Yanlış əməliyyat səbəbindən çəkisini itirən 16 yaşlı Ümüd vəfat etdi
2022-ci ilin noyabrında avtomobillə vurulduqdan sonra yanlış əməliyyat nəticəsində ölümcül hala düşən 16 yaşlı Ümüd Əhmədov dünyasını dəyişib. Bu barədə Ümüdün anası Qızılgül Quliyeva sosial şəbəkədə yazıb. O bildirib ki, Ümüdün ürəyi dayanıb. Qeyd edək ki, yanlış əməliyyat olunan Ümüdün çəkisi 90 kiloqramdan 20 kiloqrama düşmüşdü.
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.