Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib. “Artıq dörd uzun ildir ki, Rusiya çoxlu sayda ballistik raketdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər kritik infrastruktura yönəlib. Ukraynada Rusiya zərbələri […]
Dünya
Rubio: ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər
ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər və indi bu faktları etiraf etməyə, irəliləməyə və itirilənləri bərpa etməyə borcludurlar. Bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. “Digər ölkələr hərbi güclərini misli görünməmiş sürətlə artırdığı və maraqlarını irəli çəkmək üçün güc tətbiq etməkdən çəkinmədiyi bir vaxtda, […]
İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib. Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib. Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Referenduma hazırlaşan Kiyev – yeni münasibətlər quracaq ABŞ və Rusiya – ŞƏRH
Ukraynanın ərazisi məsələsi referenduma çıxarıla bilər. Bu barədə ölkə Prezidenti Volodimir Zelenski “Şoumen” kitabının müəllifi, “The Atlantic” jurnalının əməkdaşı Saymon Şusterə müsahibəsində qeyd edib. O, Rusiya ilə sülhün bərqərar olması üçün Ukraynada prezident seçkisi ilə eyni vaxtda ərazilər barədə referendum keçirilməsinə də etiraz etmədiyini bildirib: “Bu zaman səsverməyə çıxarılan razılaşma […]
Rəsmi Moskva: Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək
Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib. Kremlin sözçüsü danışıqların Rusiya- Ukrayna-ABŞ üçtərəfli formatında keçiriləcəyini qeyd edib.
ABŞ-də atışma olub, ölənlər var
Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib. Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.
Bir qrup fəal sosial şəbəkələrin bağlanmasına etiraz olaraq Roskomnadzor-un ofisini bağlayıb
Moskvada bir qrup fəal xarici messencer və sosial şəbəkələrin bağlanmasına etiraz olaraq Roskomnadzor-un ofisini bloklayıb. Rusiyada sosial xarici sosial şəbəkələrin və messenceelərin bağlanmasına etiraz əlaməti olaraq bir qrup fəal Roskomnadzor-un ofisinə velosiped kilidi vurub və qurum əleyhinə şüar yazılan plakat asıb. Qeyd edək ki, Roskomnadzor “Telegram”ın məhdudlaşdırılmasına başlayıb. Qurum “WhatsApp” […]
Paşinyan: Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır
KİV: Ukrayna nümayəndə heyətini danışıqlar üçün Moskvaya göndərə bilər
Sülh danışıqları prosesini sürətləndirmək üçün bir sıra qeyri-adi variantlar müzakirə olunur və bu variantlardan biri Ukrayna nümayəndə heyətinin Moskvaya gedib Putinlə danışıqlar aparmasıdır. Bu barədə “Times of Ukraine” məlumat yayıb. Məlumatda qeyd edilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə […]
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. “Bununla əlaqədar, bir daha […]