Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə Nazirlikdən bildirilib. Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı sahəsində ölkələrimiz arasındakı mövcud əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda tranzit imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində gələcək […]

Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik

Bu gün biz Ermənistanla Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyiş əldə etmişik.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ və Azərbaycan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında daha yaxşı tarixin təməli qoyulur: “Bu dönüş nöqtəsi Prezident Trampın şəxsi iştirakı və onun regionumuzda […]

İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi

Prezident Tramp və onun komandası olmasaydı biz uzunmüddətli danışıqlar prosesində qalardıq.Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib. “Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Prezident […]

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən əlavə olunub.

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

DogruSozTv Az

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə […]

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

DogruSozTv Az

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

DogruSozTv Az

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. […]

Hadrutun işğaldan azad olunmasından 4 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə […]

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan […]