Zəfər Günümüz mübarək!

DogruSozTv Az

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın […]

Azərbaycanın zəfərinin qlobal önəmi- “C5+1″i reallaşdıran Zəngəzur dəhlizi – ŞƏRH

DogruSozTv Az

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Noyabrın 6-da keçirilən bu görüşdə liderlər bir sıra böyükmiqyaslı sazişlər imzalayıblar. Kasım-Jomart Tokayev ABŞ prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Orta Dəhlizin inkişafına kömək edəcək “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nu (TRIPP, Zəngəzur dəhlizi) dəstəklədiyini […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.  Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.   Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin […]

TƏBİB: “Formula-1” günlərində 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərəcək

2025-ci il “Formula-1” Azərbaycan Qran-Prisi günlərində (18-21 sentyabr) zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub. Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində […]

Novruz bayramı gününün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.  Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° […]

Bu dini icmalara pul ayrılıb – RƏQƏMLƏR

Rəsmi statistikaya görə, ölkədə ötən il 2000-dən çox məscid fəaliyyət göstərib. Bununla yanaşı, 16 kilsə, 7 sinaqoq və digər dinlərə aid ibadətgahlar mövcuddur. Rəsmi qeydiyyatdan keçmiş 1003 dini icmanın 957-si İslam dininə aid olsa da, xristian, yəhudi, bəhai və krişna icmaları da hüquqi statusa malikdir. Hazırda ölkəmizdə 2377 məscid, eləcə […]

ABŞ ilə Aİ-nin toqquşan maraqları – “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab – ŞƏRH

Ukraynanın ərazi bütövlüyünün təmin olunmaması səbəbləri zaman keçdikcə aşkarlanır. Bu ölkənin taleyinə yanaşma beynəlxalq güclərin münasibətinin lakmusu rolundadır. Bunların ən vacibi, başlıcası müttəfiqlər – ABŞ ilə Böyük Britaniya və Avropa İttifaqı arasında son 10 ildə artan ziddiyyətdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfərinin ardınca Londona getməsi müttəfiqlər arasında anlaşılmazlıqların olduğunu […]

Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq

Dünya Bankı (DB) Azərbaycanla bağlı bir sıra makroiqtisadi proqnozlarını açıqlayıb. Bank Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin növbəti 5 ildə azalacağını proqnozlaşdırıb. 2025-ci il üzrə CƏH-in profisiti ÜDM-in 11,6%-i həcmində, 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 3,8% proqnozlaşdırılıb. Dünya Bankı hesab edir ki, CƏH-in profisiti 2028-ci ildə 3,6%-ə, […]

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Sorğuda iştirak haqqı 20 manatdır. İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın […]

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,7 % azalaraq 77,64 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]