Qalib Həsənov ekologiya işçisidir, yoxsa otel biznesmeni? – Bərdə sakini ölkə başçısına video-şikayət ünvanladı

Bərdə rayon sakini Əlizamin Mamedov “Yutub” kanalı vasitəsilə Bərdədə baş verən ekologiya cinayətləri barədə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya video-şikayət ünvanlayıb. Müraciətinin əvvəlində Ə.Mamedov giriş sözü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsinə lüzum bilməyib, çünki onun fikrincə belə bir Nazirlik yoxdur: “Nazirlik yerində […]

Firəngiz Mütəllimova qardaşının ölümündən danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Firəngiz Mütəllimovanın qardaşı İlham dünyasını dəyişib. Axşam.az-a açıqlama verən aktrisa göz yaşlarını saxlaya bilməyib. “2012-ci ildə qardaşım ürəyindən əməliyyat olundu. Həmin vaxt çox stres yaşadım. 2013-cü ildə isə özüm beynimdən əməliyyat olundum. Bu yaxınlarda xaricə oğlunun yanına getmişdi. Getdi, nəvələrini gördü. 2 həftə əvvəl Bakıya gəlib. […]

OT KÖKÜ ÜSTÜNDƏ BİTƏR

Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin  (PB) rəisi cənab Samir Qayıbov əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir. Onun babası xalq qəhrəmanı Rəşid Qayıbov 1917-ci illərdə öz dəstəsi ilə ermənilərə qarşı döyüşüb, Dərələyəz, Qarakilsə, Sisyan və Qarabağ mahalında elimizi-obamızı mənfur düşməndən qoruyub. Elə buna görə sovetlər dönəmindən millətçilikdə günahlandırılıb, nəinki […]

Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılmış Mərkəzi Aran Regional Təhsil İdarəsi rəis Elçin Kərimovun rəhbərliyi altında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Kərimov Elçin Vaqif oğlu 01 may 1980-ci ildə Oğuz şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya, 2008-2011-ci illərdə […]

Ucar Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir

Ölkəmizdə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində […]

Sumqayıtın prokuroru işdən azad edildi

Sumqayıtın prokuroru işdən azad edilib. APA xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.

“Kənd toyuğu” adı ilə satılan məhsullara qarşı ciddi tədbirlər görülür

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb. AQTA-dan APA-ya verilən xəbərə görə, monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən […]

Avstraliyada sualtı ovdan çıxmaq istəyən uşağa köpək balığı hücum etdi

Sualtı ovdan sonra qayığa çıxmaq istəyən səkkiz yaşlı avstraliyalı uşaqla köpək balığının qarşılaması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Görüntülər Kvinslend ştatının Ledi Masqreyv adasında qeydə alınıb. Kadrlar Manni adlı uşağın okeandan vurduğu balığı nümayişkaranə şəkildə qayığa atması ilə başlayır. Elə həmin an qəfildən bir köpək balığı peyda […]

Yaşı 14-dən 29-dək olan şəxslərin NƏZƏRİNƏ – Fevralın 1-2-si…

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bu barədə BiG.AZ-a nazirlikdən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək. Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər […]