Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlandı

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi […]

Hərbi qulluqçuların vəzifələri ARTIRILIR

Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır. Bu barədə məsələ Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir. […]

Ali Məhkəmənin yeni hakimləri

Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar. Bu, Milli Məclisin bugünkü keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub […]

Xəstəxanalarda yoxlamalar aparılacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib. Bunu Agentliyin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı söyləyib. B.Məmmədov 2023-cü il ərzində ölkə üzrə 101 dövlət tibb müəssisəsində monitorinqlərin aparıldığını bildirib: “Aparılan 613 sayda monitorinq […]

Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapıldı

Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib. Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən […]

Avropa Olimpiya Təsnifat turniri: ilk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək. “Report”un məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Onlar müvafiq olaraq Aleksey Masik […]

İstanbulda silahlı hücum olub, ölən var

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda baş vermiş silahlı hücumda bir nəfər ölüb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş avtomobilindən enərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Qurban hadisə yerində keçinib. Ekspertiza qrupu ərazidə çoxlu mərmi gilizləri aşkar edib. Faktla bağlı araşdırma aparılır.

Rza Cavadxani vəfat etdi

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib. Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində bildirib. “Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Prezident İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu […]

Azərbaycan yeni münaqişə ocağına qarşı –  əsas hədəf təhlükəsiz Cənubi Qafqazdır – ŞƏRH

Azərbaycanın haqlı olduğu bir daha təsdiqlənib. Ötən gün ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Yenixeber.org: O, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini […]