“Üzeyir Hacıbəyli Mükafatı”nı 19 müəllim qazanıb

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub. Reqlamentin tələblərinə […]

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub. 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən […]

Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 […]

Əməkdar artist yeni vəzifəyə təyin olundu

DogruSozTv Az

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub. Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb. Əyyub Quliyev 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu […]

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Türk dünyası vahid olmalıdır

DogruSozTv Az

Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlətləri Təşkilatının (TDT) 2040-cı ilə qədər inkişaf strategiyası çərçivəsində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi üçün işini davam etdirəcək. Bunu Astanada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova jurnalistlərə açıqlamasında bildirib. “Biz – türk dünyası vahid olmalıyıq ki, dövlət başçılarımızın qarşımıza qoyduğu ideya və məqsədlər, […]

Türkiyədə bir qrup tanınmış sənətçi saxlanılıb

Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb. Bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb. Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb. Məlumatlarda ümumilikdə 19 […]

Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olundu – Fotolar

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi Şəhər Günü tədbirləri çərçivəsində Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri […]

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib. Bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib. O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib. Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət […]