Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır

DogruSozTv Az

MDB formatı aktual beynəlxalq məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platforma kimi özünü təsdiqləyib. Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Onun sözlərinə görə, Avazadakı bugünkü iclas əlamətdar bir dövrdə – Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyi ilində keçirilir: “Məsuliyyətlə təsdiq etmək olar ki, Müstəqil Dövlətlər […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

DogruSozTv Az

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə […]

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, […]

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

DogruSozTv Az

Milli Məclis oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Qeyd edilib ki, […]

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

DogruSozTv Az

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib. Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə […]

Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək

DogruSozTv Az

Ukraynanın nümayəndə heyəti cümə və şənbə günləri ABŞ-a səfər edərək danışıqlar aparacaq. Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son zərbəsi nəticəsində çox sayda dinc sakinin öldüyü Çerniqov vilayətinin Priluki şəhərinə səfəri zamanı verib. O, ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb. “Bir tərəfdən ruslarla gələcək iqtisadi layihələr barədə […]

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

DogruSozTv Az

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də “kölgə donanması” ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiya tətbiq edilən qurumlar arasında “Zarubejneft” şirkəti və “Stolichny Credit” bankının da olduğu bildirilir. Böyük Britaniya […]

Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb

DogruSozTv Az

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna endirdiyi zərbə nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə “Ukrainskaya Pravda“ Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin və vilayət prokurorluğuna istinadən məlumat yayıb. Məlumata görə, zərbə oktyabrın 8-də saat 10:00 radələrində endirilib. İlkin məlumatlara görə, 12 nəfərin öldüyü […]

Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən […]