Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

Bu axşam “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Avstriyanın paytaxtı Vyanadakı  “Wiener Stadthalle” arenasında baş tutacaq yarımfinalda 15 ölkənin nümayəndələri mübarizə aparacaq. Azərbaycanı “Avroviziya-2026”da təmsil edən müğənni JIVA (Cəmilə Həşimova) “Just Go» adlı mahnı ifa edəcək. Bu axşam iştirakçıların çıxış sırası belədir: Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, […]

Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Dünya şöhrətli müğənni Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. “Formula 1” üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri […]

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə Oskar mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb. Bu barədə BBC məlumat yayıb. Məlumatda qeyd edilib ki, akademiyanın yaydığı yenilənmiş qaydalara əsasən, aktyorluq yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər. Qərar son […]

Bukmeykerlər Azərbaycanı “Avroviziya-2026″da favorit hesab etmir

Avropalı bukmeykerlər “Avroviziya-2026″da Azərbaycanı təmsil edən JIVA-nı favorit hesab etmir. Builki müsabiqədə favorit ölkə Finlandiya hesab olunur. Linda Lampenius və Pete Parkkonen cütünün ifa etdiyi “Liekinheitin” mahnısının qalib gəlmək şansı ümumilikdə 31 faiz qiymətləndirilir. Fransa, Danimarka, Avstraliya və Yunanıstan da müsabiqənin yaxşılarından hesab olunur. Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi […]

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib. Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə […]

Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb

Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb. Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi […]

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.O, I Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 […]

Çoxuşaqlı müğənnilərin “sirri” – FOTOLAR

Azərbaycan musiqi səhnəsində parlayan xanım ifaçıların həyatı çox vaxt konsertlər, kliplər və mükafatlarla ölçülür. Halbuki onların bir qismi səhnə uğurları ilə yanaşı, böyük və məsuliyyətli bir “ana missiyası” da daşıyır. Çoxuşaqlı ana olmaq – xüsusilə də daim diqqət mərkəzində olan sənət adamı üçün – həm fiziki, həm də emosional baxımdan böyük güc […]

Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir

İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir. Bunu Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Komitə sədri vurğulayıb ki, keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən bu imtahanlarln mütəmadi olaraq, beş ildə bir […]