Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

DogruSozTv Az

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

DogruSozTv Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir. “İşsiz və ya […]

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

DogruSozTv Az

Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir, lakin praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir. Bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. “Ermənistan üçün Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən […]

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

DogruSozTv Az

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən yerli bürosuna verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. İşlər yekunlaşdıqdan sonra qazın […]

Beyləqanda bir nəfər suda boğulub

DogruSozTv Az

Beyləqanda bir nəfər suda boğulub. Ötən gün rayon sakini Amin Əhmədov Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

DogruSozTv Az

Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir […]

Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb

DogruSozTv Az

Hacıqabulda yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Avtomobildə olan sərnişin Salyan […]

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

DogruSozTv Az

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini Avropa İttifaqına yaxınlaşmanı “diversifikasiya” adı altında təqdim etməməyə çağırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan hakimiyyəti İrəvanla Moskva arasında yaranmış gərginliyə görə məsuliyyəti başqalarının üzərinə qoymağa çalışır və bütün problemləri […]

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

DogruSozTv Az

Rusiya ordusu Dnepropetrovsk vilayətinə zərbə endirib, nəticədə 5 nəfər ölüb. “Unian“ xəbər verir ki, bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat verib. Hücum nəticəsində üç nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Vaşinqton sammitinin bir ili – İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan – ŞƏRH

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyev bir il öncə ABŞ səfəri çərçivəsində ikitərəfli və regional maraqların, təhlükəsizliyin, sülhün, əməkdaşlığın təmin olunması baxımından çox mühüm sənədlərə imza atıb.Bu işgüzar səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda avqustun 7-8-də reallaşıb. Avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Prezident Donald Trampla görüşü keçirilib. Bu […]