Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti […]

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini […]

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

DogruSozTv Az

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib. İki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

DogruSozTv Az

Prezident İlham Əliyev Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi “Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş”in qəbul […]

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet oktyabrın 12-də mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Baş nazir, Sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün […]

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

DogruSozTv Az

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın […]

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

DogruSozTv Az

Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətində bildirib. Dövlət başçısı vurğulayıb ki, bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla […]

Şahin Babayev: “Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir”

DogruSozTv Az

Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq. Bunu “AZCON Holding”in icraçı direktoru Şahin Babayev “Azərbaycan-Çexiya Biznes Forumu”nda deyib. Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir: “Azərbaycan Hava Yolları” QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. […]