Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, […]
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 2-ci dərəcəli “Əmək” ordeni ilə Quliyev Zakir Bəybala oğlu Məmmədov Etibar Kərim oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Bəşirov Yaşar Miskin oğlu Əliyev Siyah Əli […]
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların […]
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib
Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması təklifini birinci oxunuşda qəbul edib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması […]
Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı
Rusiyanın Krasnodar diyarının Qara dəniz sahillərində pilotsuz uçuş aparatlarının (PUA) tanker və yük gəmilərinə hücumu nəticəsində 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə mənbəyə istinadən “İzvestiya” məlumat yayıb. Məlumata görə, dronlar Taqanroq körfəzində tanker və iki quru yük gəmisini hədəfə alıb. Hücumun yerli vaxtla saat 05:00 radələrində […]
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb. İclası spiker Sahibə Qafarova açıq elan edib. Növbədənkənar sessiya Dövlət Himninin səslənməsi ilə başlayıb. İclasın gündəliyinə 8 məsələ daxil edilib.
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var
İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə “RBK-Ukraine” Kiyev polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. “2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda […]
İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı il iyunun 8-dək aparılacaq. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil […]
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.Gün ərzində “Tağıyev. Neft” bədii və “Cənnət yuxusu” bədii-sənədli filmlərinin nümayişi, həmçinin Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub. Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq. Mədəniyyət günləri üç gün […]