Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Həlak olanların ailələrinə […]