Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Milli Məclis Azərbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsinin və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyənləşdirilməsini ilk oxunuşda qəbul edib.

Bu haqda “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, adı çəkilən qanunun 15-ci maddəsinə yeni – 15.5-ci altmaddə əlavə edilir.

Dəyişiklik insanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək. Məqsəd təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısını almaqdır.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Loading

Next Post

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. […]