MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən(MÜTDA) bildirilib.

Qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi üzrə daxil olmuş apellyasiya müraciətləri araşdırılır:

“Namizədlərin imtahan nəticələri apellyasiya müraciətlərinə verilən cavablarla eyni vaxtda onların şəxsi səhifələrinə yerləşdiriləcək. Balların şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək. Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarixlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə MİQ imtahanında iştirak edənlər namizədlər imtahanda topladıqları balların şəxsi kabinetlərinə göndərilməməsi ilə iddiası bağlı etirazlar səsləndirib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

Ağdam rayonu, Kəngərli və Papravənd kəndlərində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ağdam rayonu, Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz […]