DogruSozTv.Az
Üçüncü qardaş da general-leytenant olduƏli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi (YENİLƏNİB)Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşınıPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyibSOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcəkAzərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqAzərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndiQara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial varFinlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarırBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm (FOTO/VİDEO)Ağcabədidə evdən silah-sursat aşkarlanıbDSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHIAzərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənibBakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyübBu il Azərbaycanda ÜDM 44 milyard manatı ötübAzərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisiBu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVANBakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilibAli təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunubBirinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıbƏmək pensiyasının minimum məbləği ARTIRILDIVilayət Eyvazov rəisi işdən azad etdi— Yeni TƏYİNATKeçmiş icra başçısı nədə ittiham olunur?Günün canlı yayımlanacaq qarşılaşmaları TV AFİŞAZubirlə futzal oynayırdı, 40 milyona "Monako"ya transfer olduYAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdiErmənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydıBakı polisindən pul yığılması iddiasına cavab - RƏSMİFərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb. FOTOLAR“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyilAzərbaycanda bayram namazı qılınıb - FOTO/VİDEODeputat: "Sosial sahə Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir"AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıbNigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - RonalduYENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu - FOTOAvtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib - FOTOƏrdoğanın Azərbaycana səfərinin VAXTI bilindiTanınmış telejurnalistin oğlu ölümdən döndü - Onu xilas edən xalası dənizdə boğuldu - FOTOXəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQKondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!Mehriban Əliyeva: İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan Azərbaycanda məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadırDirektorların imtahanında ən yüksək balı o yığdı - FOTOTərtərdə qəza, sakinlər qazsız qaldıVilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi
» Prezident İlham Əliyev: "Azərbaycan özünün tarixi ilə qürur duyur"

23-06-2019, 13:54Prezident İlham Əliyev: "Azərbaycan özünün tarixi ilə qürur duyur"

Prezident İlham Əliyev: "Azərbaycan özünün tarixi ilə qürur duyur"


"Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlərboyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur".
Dogrusoztv.Az APA -ya istinadən xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 86-cı kitabında yer alan bu fikirlər dövlət başçısının 2018-ci il aprelin 5-də “Qoşulmama hərəkatı”nın Bakıda keçirilmiş nazirlər konfransının açılış mərasimindəki nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin mart-may aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında çıxışının mətni, qardaş ölkəyə rəsmi səfəri çərçivəsində sənədlərin imzalanma mərasimi haqqında məlumat, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.
Nəşrə dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinə, habelə Azərbaycana səfər etmiş İran İslam Respublikası Prezidenti ilə görüşünə dair informasiyalar, Azərbaycan-İran biznes-forumunda söylədiyi nitqin mətni daxil edilib.
Çoxcildliyin 86-cı kitabında Prezident İlham Əliyevin Belarus, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Rusiya və digər dövlətlərin, NATO-nun, ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Memarlar İttifaqının, Dünya Turizm Təşkilatının Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair məlumatlar toplanıb.
Kitabda, həmçinin 2018-ci ilin aprelində keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları, növbəti müddətə Prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi barədə materiallar verilib.
Oxucu bu nəşrdə ölkə rəhbərinin Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqinin mətni, Xaçmaz və Xızı rayonlarına səfərləri haqqında informasiyalarla da tanış ola bilər.
Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsinin mətni, Azərbaycanın Pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbriki, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına məktubu və digər məktubları da çoxcildliyin 86-cı kitabına daxil edilib.
Bu kitabda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısının söylədiyi nitqlərin mətnləri yer alıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 86-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Dogrusoztv.Az dle 10.5
loading...