Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb

Oxunma vaxtı:37 Saniyə

Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında deyib.

Ömer Çelik bildirib ki, bölgədə son dərəcə dinamik proseslər baş verir və Türkiyə bütün qonşu ölkələr, eləcə də yaxın coğrafiyada gedən proseslərlə bağlı hazırlıq səviyyəsini maksimum həddə çatdırıb.

Onun sözlərinə görə, əvvəllər həftələr və aylar ərzində baş verən proseslər bəzən artıq saatlar içində reallaşır.

“İran, Suriya və İraq sərhədlərindən tutmuş Qara dəniz və Şərqi Aralıq dənizindəki hadisələrə qədər bütün məsələləri çoxşaxəli şəkildə dəyərləndiririk. Təhlükəsizlik baxımından Türkiyə Silahlı Qüvvələri, diplomatiya və kəşfiyyat sahələrində, eyni zamanda, mümkün iqtisadi təsirlər nəzərə alınmaqla genişmiqyaslı hazırlıq işləri aparılır”, – AKP sözçüsü vurğulayıb.

Loading

Next Post

İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında […]