Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək

Oxunma vaxtı:27 Saniyə

Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.

Parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.

Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.

Parlamentin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.

Loading

Next Post

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi işdən çıxarılıb

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. “Report”un yerli bürosu məlumat verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.