Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

Oxunma vaxtı:38 Saniyə

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 4 ədəd su anbarının və 1 ədəd nasos stansiyasının tikinti işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrasını təmin etməlidir.

Nəticədə Binəqədi qəsəbəsində 20 min kubmetrlik su anbarı və nasos stansiyasının tikintisi ilə əhalinin 50 min nəfərə qədər dayanıqlı su ilə təminatı, habelə Masazır qəsəbəsində 20 min kubmetrlik su anbarının istifadəyə verilməsi nəticəsində 15 min nəfər əhalinin su ilə fasiləsiz təminatı həyata keçiriləcək.

Loading

Next Post

Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və […]