Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:34 Saniyə

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Loading

Next Post

Qrenlandiya: Qərb bloku maraqlarının toqquşduğu daha bir nöqtə - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olmasının vacibliyini yenə vurğulayıb. O bildirib ki, Qrenlandiyaya sahib olmasalar, Rusiya və ya Çin ABŞ-ni ələ keçirə bilər. Venesuelada Nikolas Maduroya qarşı keçirilən əməliyyatdan sonra Ağ Evin indiki yiyəsi bu məsələni yenidən gündəmə gətirib. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı […]