Agentlik sədri: Qeyri-qanuni genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub

Oxunma vaxtı:25 Saniyə

“Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır”.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.

“Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir”, – o deyib.

Loading

Next Post

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb. Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması […]