Yol polisindən sürücülərə çağırış

Oxunma vaxtı:44 Saniyə

Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevretmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır.

Loading

Next Post

İran şahının oğlu etirazçılara səsləndi: şəhər mərkəzlərini tutun!

1979-cu ildə devrilmiş İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi şənbə günü iranlıları daha məqsədyönlü etiraz aksiyalarına çağırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilib ki, o, şəhər mərkəzlərinin ələ keçirilməsi və nəzarətdə saxlanılmasını əsas hədəf kimi göstərib. “Bizim məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ […]