Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

Oxunma vaxtı:26 Saniyə

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.

Əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər. Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər.

Sonra birlikdə xatirə şəkli çəkdirilib.

Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

Loading

Next Post

Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Pakistan öz vətəndaşlarını zərurət olmadan İrana səfərlərdən çəkinməyə çağırıb. Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib. XİN mövcud vəziyyətin yaxşılaşmasına qədər pakistanlıları İrana zəruri olmayan səfərlərdən çəkinməyə çağırıb. Qeyd edək ki, İranda dekabrın 28-də başlayan etirazlar indiyə qədər davam edir.