Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Oxunma vaxtı:20 Saniyə

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Loading

Next Post

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar

Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. “Report” xəbər verir ki, bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib. Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və […]