Həftəsonu Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:38 Saniyə

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Loading

Next Post

Azərbaycan çempionatında 15-ci tur başlayır - AFİŞA

Bu gün Misli Premyer Liqasında 15-ci tura start veriləcək. İlk oyun günündə iki matç keçiriləcək. “Şamaxı” öz meydanında “Zirə”ni qəbul edəcək. “Turan Tovuz” doğma stadonda “Sabah”la oynayacaq. Turun digər oyunları sabah keçirləcək. 13 dekabr (şənbə) 14:00. “Şamaxı” – “Zirə”Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran ƏliyevVAR: Elçin MəsiyevAVAR: Rahil […]