Ərdoğan Putinlə nələri müzakirə edib?

Oxunma vaxtı:51 Saniyə

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, Prezidentin mətbuat katibi Dmitri Peskov və Tatarıstan Prezidenti Rüstəm Minnixanov daxil olub.

Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyə liderləri danışıqları məhdud tərkibdə, nümayəndə heyətlərinin iştirakı olmadan davam etdiriblər.

Danışıqlarda Ukrayna mövzusu, regional və beynəlxalq məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

D.Peskov həmçinin bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər müəyyən məsələlərə baxmayaraq, ümumilikdə müsbət inkişaf edir, onların çoxplanlı və şaxələndirilmiş xarakteri, xüsusən də ticarət və iqtisadi sahələrdə xarici təzyiqlərin öhdəsindən gəlməyə imkan verir.

Danışıqların gündəliyində böyük birgə layihələr, o cümlədən Türkiyə tərəfinin müəyyən edilmiş müddətdə istifadəyə verilməsini gözlədiyi “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi də var.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putnilə görüşüb.

Görüş Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda keçirilən tədbir çərçivəsində baş tutub.

Görüşün detalları hələlik açıqlanmayıb.

Loading

Next Post

Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir- ƏRAQÇİ

İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir. Bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib. “Mehr” informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, […]