Bakıda maşın qaz borusuna çırpıldı – 3 nəfər yaralandı

Oxunma vaxtı:21 Saniyə

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Bəkir Çobanzadə küçəsində baş verib.

Belə ki, “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.

“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib. (Mənbə: Apa)

Loading

Next Post

Yasamal və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz […]