Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir

Oxunma vaxtı:33 Saniyə

Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur.

Bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib.

Paradda Suriya Prezidenti Əhməd əl-Şaraa və hökumət üzvləri iştirak edib.

Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən sonra ölkənin siyasi-ictimai həyatında yeni səhifə açılıb.

Devrilmiş prezident Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alıb. Suriyanın hazırkı hökuməti dəfələrlə Rusiyadan onun ekstradisiyasını tələb etsə də, müsbət cavab ala bilməyib.

Əsədin hakimiyyət dövrü vətəndaş müharibəsi, mülki əhalinin qətliamı, sürgünü, insan haqlarının kobud şəkildə pozulması, işgəncələr, ağır iqtisadi şərait, milyonlarla suriyalının öz ölkəsindən didərgin düşməsi və digər neqativ hallarla səciyyələnir.

Loading

Next Post

Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Bu barədə nazir özünün “Telegram” hesabında paylaşım edib.