Sahibə Qafarova: Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır

Oxunma vaxtı:46 Saniyə

“Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır”.

Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Qafarova “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etməkdir. Dil siyasətinin hüquqi və intusional bazasını gücləndirən orqan Milli Məclisdir. Azərbaycan dilinin inkişafı həmişə diqqət mərkəzimizdədir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin atdığı addımlar danılmazdır. Məhz ümumilli liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan dilinə Dövlət dili statusu verildi”, – Sahibə Qafarova qeyd edib.

O bildirib ki, Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblə qoyur: “Sistemli yanaşmaya ehtiyac yaranır, Azərbaycan dilininn qarşısında yeni vəzifələr dayanır. Dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi, və s. dil sayəsitinin yeni mərhələsində təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, ədəbi dil normalarının təkmilləşdirilməsi, Azərbaycan dilinin mədəni məkanda nüfuzunun artırılması və s. bu kimi məqsədlərin təmin edilməsi dövlətimiz üçün strateji əhəmiyyət daşıyır”.

Loading

Next Post

ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi

ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyindədə və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib. […]