Energetika naziri Zərdabda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:53 Saniyə

Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6300, Zərdab şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov; əlaqə telefonları: (+99420) 255-51-85, (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az), Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (+99424) 273-37-01, (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Loading

Next Post

DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları […]