DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb

Oxunma vaxtı:25 Saniyə

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

Loading

Next Post

Sahibə Qafarova: Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır

“Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır”. Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Qafarova “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib. “Bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etməkdir. Dil siyasətinin hüquqi və intusional bazasını gücləndirən orqan […]