Bu il “Türk axını” ilə Macarıstana 8 mlrd. kub metr qaz tədarük ediləcək

Oxunma vaxtı:32 Saniyə

Macarıstan Türkiyəni etibarlı tranzit tərəfdaşı hesab edir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında türkiyəli həmkarı Hakan Fidanla görüşünü şərh edərkən bildirib.

“Türkiyə-Macarıstan Birgə Məsləhət Mexanizminin ilk iclası bu gün xarici işlər və müdafiə nazirlərinin, milli təhlükəsizlik müşavirləri və böyük hərbi şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirildi. Biz Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyən Türkiyə ilə həmrəyik və enerji təminatı marşrutlarına hücumları qınayırıq. Fərqi yoxdur bu hücumlar Rusiyadakı neft borularını hədəfə alır, yoxsa Qara dənizdəki tankerləri. Türkiyə etibarlı və ədalətli tranzit tərəfdaşıdır. Bu il, təxminən 8 milyard kub metr qaz “Türk axını” boru xətti ilə Macarıstana nəql ediləcək”, – Siyarto qeyd edib.

Loading

Next Post

Fon der Lyayen, Rütte və Zelenski bu gün Ukraynaya maliyyə dəstəyini müzakirə edəcəklər

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün axşam saatlarına görüş planlaşdırılıb. Bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib. Onun sözlərinə görə, danışıqların əsas mövzuları sırasında Ukraynanın maliyyələşdirilməsi məsələsinin də olacağı gözlənilir. […]