ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi

Oxunma vaxtı:32 Saniyə

ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyindədə və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.

“Həm Müdafiə Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib. MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğulayıb”, – məlumatda qeyd edilib.

Loading

Next Post

Masallı və Sabirabad kolleclərinə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Asim Yusifov son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi […]