Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb – FOTO

Oxunma vaxtı:18 Saniyə

Ucarda yük maşını aşıb.

Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş “KamAZ” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün dediyinə görə, hadisəyə maşındaki nasazlıq səbəb olub.(Apa)

Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb - FOTO

Loading

Next Post

Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə o, partiyasının iclasında danışıb. O, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb və sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını […]