Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var

Oxunma vaxtı:27 Saniyə

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Artıq ölən və yaralananların kimliyi də məlum olub.

Belə ki, qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Loading

Next Post

Tarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad hələ uzun müddət müzakirə olunacaq.Bu, təkcə bayram tədbiri və Azərbaycanın hərbi-siyasi gücünün nümayişi deyil, həm də ölkənin müstəqillik dövründə keçdiyi yola nəzər salmağa və gələcəklə bağlı qənaətlər yürütməyə imkan verən tarixi hadisədir. Noyabr, 1988-ci ilArtıq bir ilə yaxın idi ki, […]