Milli Məclisin sədri Braziliyaya səfər edib, COP30-da iştirak edəcək

Oxunma vaxtı:22 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Loading

Next Post

Prezident onları təltif etdi - Siyahı

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” iləƏfəndiyev Qalib Məmməd oğlu Əliyev Adil Abas Əli oğlu Kərimov Raqub Şahmar oğlu Məmmədbəyli Eldar Hüseynqulu oğlu Məmmədzadə İlham Ramiz oğlu “Şöhrət” […]