Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

Oxunma vaxtı:31 Saniyə

Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi.

“Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin birgə şəkli hamımızı qürurlandırdı. Bizim adət-ənənəmiz getdiyimiz yeri bərpa və inşa etmək, getdiyimiz yerə sevinc qatmaqdır. Ən böyük sevinc isə mənəvi dinamika yaratmaqdır. Qardaş ölkələrin bir-birinə belə gözəl hədiyyələr verməsi əsl atalarımızın adətinə uyğundur. Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi bu mənada çox önəmlidir. Türk birliyi, bərabərliyi daimi olsun”, – diplomat vurğulayıb.

Loading

Next Post

“The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib

“The New York Times“ın (NYT) jurnalistləri ABŞ Hərbi Nazirliyi ilə yeni medianın akkreditasiyası qaydalarına dair müqavilə imzalamayacaq. Bu barədə qəzetin Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson məlumat verib. Məlumata görə, imtina ABŞ Konstitusiyasının söz azadlığına Birinci Düzəlişində müəyyən edildiyi kimi, adi xəbərlər toplayan jurnalistləri cəzalandırmaq təhlükəsi (Pentaqonun yeni mətbuat siyasəti) ilə […]