Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Oxunma vaxtı:17 Saniyə

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Loading

Next Post

Zəngəzur dəhlizi TDT-yə üzv dövlətlər üçün mühüm addımdır

Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı da gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik. Bu fikirləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Nazir bildirib ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii […]