Qəbul imtahanında danışıq bacarıqları bu ildən yoxlanacaq? – RƏSMİ

Oxunma vaxtı:30 Saniyə

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən “danışıq” bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat verib.

Yeniliyin nə vaxtdan tətbiq ediləcəyi məlum deyil.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu-ya bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün “danışıq” bacarıqlarının yoxlanılması həyata keçirilir:

“Magistraturaya qəbul imtahanında isə “danışıq” bacarıqlarının yoxlanılması növbəti, yəni 2026-cı il üçün hələ nəzərdə tutulmayıb. Bu qaydanın daha sonrakı illərdə tətbiqi ilə bağlı fikirlər mövcuddur və müzakirələr aparılır. Ümumiyyətlə DİM qəbul qaydalarında hər hansı əsaslı dəyişiklik olduqda iki il öncədən məlumat paylaşır”,- deyə DİM-dən məlumat verilib.

Loading

Next Post

Türk dövlətlərinin birgə təlimi - Prezidentdən TƏKLİF

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Dövlətimizin başçısı deyib: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini […]