Oktyabrın 10-da Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

Oxunma vaxtı:40 Saniyə

Oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB ölkələri liderlərinin sammiti keçiriləcək.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

MDB dövlət başçıları regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər. Birlik çərçivəsində siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

İclasın sonunda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.

Bundan başqa, oktyabrın 9-da Düşənbədə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya prezidentlərinin iştirakı ilə II “Mərkəzi Asiya – Rusiya” sammiti keçiriləcək. Onlar çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri, eləcə də terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli çağırışlarla mübarizədə fəaliyyətlərin koordinasiyası ilə bağlı tədbirləri müzakirə edəcəklər.

Sammitin sonunda yekun kommünike və birgə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.

Loading

Next Post

Qəbul imtahanında danışıq bacarıqları bu ildən yoxlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən “danışıq” bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat verib. Yeniliyin nə vaxtdan tətbiq ediləcəyi məlum deyil. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu-ya bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün “danışıq” bacarıqlarının yoxlanılması həyata keçirilir: “Magistraturaya […]