Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Oxunma vaxtı:24 Saniyə

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan  müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Prezident: Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir. “Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın […]