İran parlamenti qapalı toplantı keçirir

Oxunma vaxtı:22 Saniyə

İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə İslam Respublikası parlamentinin qapalı iclası keçirilir.

Məlumatı SNN.İR yayıb.

Məlumata görə, tədbirdə iqtisadi məsələlər də daxil olmaqla ölkə həyatının vacib və fundamental problemləri, onların həlli üzrə qəbul olunmuş qərarların müzakirə olunacağı gözlənilir.

Mütəxəssislər ehtimal edirlər ki, toplantıda İranın ABŞ ilə danışıqları, Böyük Britaniya, Almaniya və Fransa hökumətinin İslam Respublikasına sanksiyalarının bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti, nüvə problemi ətrafında məsələlər də müzakirə oluna bilər.

Loading

Next Post

Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır

 Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib. Onun sözlərinı görə, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir.  S.Qafarova Vaşinqton razılaşmasının ardınca beynəlxalq ictimaiyyətin də […]