Santuş Azərbaycana təşəkkür etdi

Oxunma vaxtı:38 Saniyə

Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA Fernandu Santuşla müqaviləyə xitam verib.

Portuqaliyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamada həm AFFA rəhbərliyinə, həm də Azərbaycan xalqına təşəkkür edib:

“AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyununda mənə verilən əsas vəzifə ölkə futbolunun texniki və infrastruktur baxımından təməllərini yenidən qurmaq, yarış sistemlərini və akademik hazırlığı inkişaf etdirməklə 2028 Avropa Çempionatının seçmə mərhələsinə rəqabətədavamlı komanda çıxarmaq idi. Mən 2024-cü ilin sentyabrında, əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq, lazımi investisiyaları təşviq edəcək və futbol istedadlarının yetişdirilməsinə şərait yaradacaq. Hamınıza uğurlar arzulayıram”.

Loading

Next Post

Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr oldu

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri […]